Çərşənbə axşamı, 30 Aprel

"Putin üçtərəfli razılaşmaların alternativsizliyinin tərəfdarıdır" - Kreml

image

“Rusiya Bakı və İrəvanla daim təmasdadır, Ermənistan-Azərbaycan sərhədində gərginliyin aradan qaldırılması üçün səylər göstərilir”.

Moskva müxbirinin verdiyi məlumata görə, bunu kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Rusiya Prezidenti Vladimir Putinin üçtərəfli razılaşmaların icrasının alternativsizliyinin tərəfdarı olduğunu söyləyib: “Bilirsiniz ki, Rusiya və Ermənistan tərəfləri daim təmasdadır. Biz eləcə də Bakı ilə təmasdayıq. Prezident Putin üçtərəfli razılaşmaların alternativsiz icra olunmasının tərəfdarıdır. Hazırda gərginliyin aradan qaldırılması və vəziyyətin düzəlməsi üçün səylər göstərilir”.

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın hərbi yardımla bağlı məktubunu Putinin alıb-almaması ilə bağlı sualına isə Kremlin sözçüsü belə cavab verib: “Dəqiq deyə bilmərəm, lakin bütün bu məsələlər ikitərəfli təmaslarda təbii ki, dəfələrlə müzakirə olunub”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42